9 min manat həcmində kompensasiya ödənilib

İcbari Sığorta Bürosu tərəfindən 19 mart 2015-cı il tarixdə, saat 08:00 radələrində Bakı-Quba-Dağıstan sərhəddi yolunun 27-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfərin vəfat etməsi ilə əlaqədar 4000 AZN  (dörd min manat) məbləğində kompensasiya ödənişi Azərbaycan Respublikasının vətəndaşına poçt vasitəsi ilə 26 dekabr 2016-cı il tarixində köçürülmüşdür.

Daha bir kompensasiya ödənişi isə  08 aprel 2016-cı il tarixdə, saat 20:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən 390-cı kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfərin vəfat etməsi ilə əlaqədar 5000 AZN  (beş min manat) məbləğində 26 dekabr 2016-cı il tarixində köçürülmüşdür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır