96 əmlak özəlləşdirilməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 yanvar tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Budəfəki hərracda müxtəlif çeşidli 96 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyətləri, 35-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 9-u paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 13 kv.m ilə 3013 kv.m arasında dəyişir.

Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır