981 mln. manatdan çox ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 2006-2018-ci illərdə 21,78 min müştəriyə ümumilikdə 981 mln. 140,55 min manat həcmində ipoteka krediti verilib.

Kommersiya şərtləri ilə kreditlər illik 8%-dən çox olmamaq şərtilə 3 ildən 25 ilədək müddətə yalnız manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditin maksimum məbləği 150 min manat həcmindədir. İlkin ödəniş 15-25% təşkil edir.

Xatırladaq ki, dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. İllik faiz dərəcəsi 4%-dən çox olmayan və müddəti 30 ilə qədər olan sosial ipoteka üzrə maksimal məbləğ 100 min manat təşkil edir. İlkin ödəniş 10%-dir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır