Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Avropa Mərkəzi Bankı bu gün verdiyi qərarla faiz dərəcələrini və aylıq 80 milyard avroluq aylıq alış proqramını davam etdirir. Qərara əsasən, uçot dərəcəsi 0%, depozit faizi mənfi (-) 0,40%, marjinal borc vermə faizi isə, 0,25%-də sabit qalıb.

Bankın açıqlamasında aylıq alışların 2017-ci ilin martına və ya daha sonraya qədər davam edəcəyi və faizlərin uzun müddət mövcud və ya aşağı səviyyələrdə qalacağı qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır