Rüfət Aslanlı: “Bankların valyuta öhdəlikləri ilə bağlı problemləri var”

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici valyutada olan öhdəliklərin icrası ilə bağlı problemlərı var. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

“Devalvasiyadan əvvəl bank kreditlərinin 47%-ni valyutada kreditlər təşkil edirdi. İkiqat devalvasiyadan sonra 47% kredit manat ifadəsində 2 dəfə artıb. Ona görə ödənilməsində problemlər var”, – deyə R.Aslanlı qeyd edib.

Onun sözlərinə görə, banklar həmin kreditləri öz sərvətləri hesabına verməyib: “Kredit qoyuluşları 16 mlrd. manat təşkil edir. Əhalidən, biznesdən depozitlər cəlb olunub. Depozitlərin isə 80%-i valyutadır. Əgər banklar kreditləri geri ala bilməsə, “Bank Standard” kimi bankarın sayı artar. Banklar öz vəsaitlərini ödəyə bilmir. Bu məsələ sistemli həll olunmalıdır. Bu problemin artmasının qarşısını almışıq. Valyutada kreditləşmə məhdudlaşdırılıb. Xarici valyutada depzoitlərin gəlirliyi 1%-ə enib. Bu məsələdə onları tənzimləyən tələblər görürük. Həmin məsələlər diqqətimizdədir”.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır