Vergi güzəştləri fiziki və hüquqi şəxslərin müəyyən dairəsinin vergilərin ödənişindən hissə-hissə və ya tam azad edilməsidir. Hər şeydən əvvəl belə güzəştlər xeyriyyə cəmiyyətləri, əlillər, təqaüdçülər, uşaq və təhsil müəssisələri , dövlət marağı üçün son dərəcə zəruri fəaliyyəti həyata keçirən təşkilatlar , kiçik biznes sahəsinin müəssələri və sahibkarları, həmçinin özlərindən asılı olmayan səbəblərdən son dərəcə ağır maliyyə vəziyyətinə düşmüş müəssisələr üçün müəyyən edilir. Lakin vergi güzəştlərinin alınması çox mühüm əlavə mənfəət vəd etsə də, onun verilməsi bəzən saxtalaşdırılır və tamahkarlıq məqsədi ilə istifadə edilir.