Növbəti hərracda 31 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə 25 oktyabr tarixində növbəti hərracı keçirib. Bu dəfəki hərracda ümumilikdə 31 dövlət əmlakı özəlləşdirilib. Hərracda satılmış əmlakların 3-ü səhmdar cəmiyyəti, 16-sı kiçik dövlət müəssisə və obyekti, 3-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsi olub.

Hərracda özəlləşdirilmiş 3 iri dövlət müəssisəsindən “SAM” səhmdar cəmiyyəti sənaye, “İsmayıllı Kəndkimya” ASC aqrar, “Zaqatala Avtonəqliyyat” ASC isə nəqliyyat sahəsinə aid olan müəssisələrdir.

Xatırladaq ki, növbəti  belə hərrac  01 noyabrda keçiriləcək və 101 dövlət əmlakı satışa çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır