Amrahbank bütün növ kart sahibləri olan müştərilərinə pulsuz “3D Secure” təhlükəsizlik sisteminə qoşulmaq imkanı yaradıb. Bu xidmət bankın həm MasterCard, həmdə VISA tipli plastik kartlarına şamil olunur. “3D Secure” xidməti plastik kartlar vasitəsilə onlayn əməliyyatlarda dələduzluq hallarından mühafizə və ödənişlərin təhlükəsizləşdirilməsi imkanını verən qabaqcıl bir texnologiyadır.
“3D Secure” təhlükəsizlik standartları bu xidməti dəstəkləyən saytlarda bir qayda olaraq “MasterCard Secure Code”və “Verified by Visa” loqotipləri ilə işarələnir.
Bankın müştəriləri həmin saytlarda mal və ya xidmətlər üçün ödənişlər edən zaman “AzeriCard” səhifəsinə keçir, orada kartın üzərində qeyd edilməyən xüsusi”3D” şifrəsidaxil edilir və yalnız şifrənin təsdiqindən sonra ödənişi həyata keçirilir. Beləki, plastik kartın özü və ya üzərindəki məlumatlar itirildikdə və ya oğurlandıqda kartın sahibindən başqa və ya onun xəbəri olmadan internet vasitəsilə əməliyyat aparıla bilməz.
Bundan başqa Amrahbank plastik kart sahiblərinə müxtəlif növ xidmətlər, o cümlədən SMS məlumatlandırma, Card to Card, Mobil və İnternet Bankçılıq, PİN Change, Cash by Code, MasterCard Money Send və s. xidmətlər təklif edir.
Xatırladırıq ki, Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 1993-cü ildə təsis olunmuş “Amrahbank”ın strateji səhmdarıdır.