Oktyabr ayının ən çox ucuzlaşan valyutası

Funt sterlinq oktyabr ayında 6,2% geriləyərək 150 valyuta arasında ən çox ucuzlaşan valyuta olub. Bu haqda Bloomberg məlumat verir.

Londonda ING Group-un eksperti Viraj Patel: “Bu ayın gündəmi tamamilə Brexit narahatçılıqları olub. İngiltərənin Avropa Birliyi ilə əlaqələri dəqiqləşənə qədər də sterlinqlə bağlı qeyri-müəyyənliklər davam edəcək”-deyə, bildirib.

Qeyd edək ki, bundan əvvəlki ən böyük geriləmə göstəricisi 8,1%-lə  iyun ayında qeydə alınıb. 2016-cı ildə funt ümumilikdə 17% ucuzlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır