BRICS-in üzv ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) kosmik agentliklərinin başçıları 2017-ci ilin may-iyun aylarında görüşəcəklər. TASS-ın məlumatına əsasən, görüşün məqsədi Yer kürəsinə uzaqdan nəzarət edəcək süni peyk şəbəkəsi yaratmaqdır. Bu haqda Roskosmos-un rəhbəri İqor Komarov bildirib.
Komarov: “Dünən BRICS-in üzv ölkələrinin başçıları ilə ilk görüşümüz oldu. Yer kürəsinə uzaqdan nəzarət edəcək süni peyk şəbəkəsinin yaradılmasilə bağlı razılaşmanın leqal aspektləri artıq yekunlaşdırılır və biz gələcəkdə məlumatların aramızda mübadilə edilməsilə bağlı qərar almışıq”-deyə qeyd edib.