Rusiya Ehtiyat Fondunun bir hissəsini çin yuanında yerləşdirmək istəyir. TASS-ın məlumatına əsasən, Rusiyanın baş naziri Dmitri Medvedyev Ehtiyat Fondunun bir hissəsinin yuanda yerləşdirilməsinin qlobal iqtisadiyyatı daha sabit bir vəziyyətə gətirəcəyini deyib.
“Rezerv valyutanın (yuan) keyfiyyəti Çin iqtisadiyyatının inkişafı ilə kifayət qədər uyğundur və ehtiyatlarımızı sadəcə dollar və avroda deyil, eyni zamanda Çin Xalq Respublikasının milli valyutası yuanda yerləşdirmək qlobal maliyyə vəziyyətini də yaxşılaşdıracaq”- deyə, nazir bildirib.