Ceyhan limanından 24 milyon tondan artıq neft ixrac olunub

2016-cı ilin oktyabr ayı ərzində 2 milyon 493 min 679 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.(Bu həcmin 1 milyon 669 min 744 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 24 milyon 634 min 564 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il noyabr ayının 1-ə qədər Ceyhan limanından 315 milyon 828 min 336 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır