“TuranBank”ın rəhbərliyində dəyişiklik

TuranBankın Səhmdarların Ümumi Yığıncağının (SÜY) 14.10.2016-cı il tarixli qərarı ilə Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilmişdir. Belə ki, İdarə Heyətinin Sədri vəzifəsini icra edən Nazim Sadıqov Müşahidə Şurasına üzv seçilmiş, 2011-ci ildən Bankın Müşahidə Şurasının üzvü işləmiş Rauf Kazımov isə İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda SÜY-nın müvafiq qərarı ilə digər dəyişiklik Bankın İdarə Heyəti Sədrinin birinci müavini vəzifəsinə 2006-cı ildən İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışmış Fəzail Musayevin təyiniatı ilə bağlı olmuşdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır