Neftə olan qlobal tələb artıb

Qlobal neft tələbi oktyabr ayında ötən aya nisbətən 800 min barel artaraq, 97 milyon 800 min barelə çatıb.

Bu haqda Beynəlxalq Enerji Agentliyi (IEA) “Aylıq neft bazarı” hesabatında qeyd edib.

Hesabatda eyni zamanda, OPEC-in xam neft istehsalının da oktyabrda ötən aya nisbətən günlük 230 min barel artımla, 33 milyon 830 min barelə rekord həddinə çatdığı qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır