“Azərbaycanda və İranda investisiya imkanları” mövzusunda Konfrans keçirilib

Noyabrın 10-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Azərbaycanda və İranda investisiya imkanları” mövzusunda konfrans keçirilib. Tədbirdə enerji, su təchizatı, ticarət, kənd təsərrüfatı və qida sənayesi, neft-qaz, kimya, logistika, tikinti, bankçılıq, metallurgiya, sığorta, nəqliyyat, konsaltinq, turizm, mühəndislik və s. sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı və investisiya təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbirdə həmçinin, Azərbaycan İnvestisiya Şirkətinin, Sumqayıt Kimya Sənaye Parkının və Zəncan İnvestisiya Mərkəzinin fəaliyyətinə dair təqdimatlar keçirilib.
Konfrans çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər də təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır