“Rosneft” RBC mətbuat şirkətini məhkəməyə verib

Rusiyanın dövlət əsaslı neft şirkəti olan “Rosneft” RBC mətbuat şirkətini və jurnalistlərini məhkəməyə verib.

RBC-nin jurnalistlərinə və şirkətin özünə qarşı baş tutan məhkəmədə təhqir iddiasının məbləği 55 milyon rubl yəni, 840 min dollar artırılaraq 3. 179 milyard rubla (48,5 milyon dollara) çatdırılıb. Bu haqda iddiaçının vəkili Moskva Arbitraj Məhkəməsində bildirib.

Vəkilin sözlərinə görə, mətbuatda yayılan xəbərlər səbəbindən Rosneftə dəyən zərər atdığından iddianın məbləği də artırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır