Son dövrlərdə dolların manat qarşısında bahalaşma meyllərinin güclənməsi hər kəsi öz vəsaitini xarici valyutada saxlamağa sövq edir ki, bahalaşma nəticəsində manat ekvivalentində qazanc əldə etsin və ya ən azından real olaraq yığımı azalmasın.
Bəs bu il hansı xarici valyutaya investisiya etmək daha gəlirli olub?
Son 9 ayı nəzərə alsaq, bu valyuta rubl olacaqdır. Belə ki, əgər tam 9 ay əvvəl, yəni 18 fevral 2016-cı ildə 100 manat ekvivalentində rubl alsaydıq, indi bu vəsait 126 manat 44 qəpiyə bərabər olardı. Dollarda isə bu rəqəm 109 manat 25 qəpikdir. İran Realı isə ən az gəlir gətirən seçim olardı. Əgər sözügedən dövrdə 100 manat ekvivalentində İran Realı alsaydınız, hazırda 7 manat 69 qəpik “uduzmuş” olardınız.
Daha geniş məlumat üçün aşağıdakı cədvələ baxmaq kifayətdir.
Dollar | Avro | Funt | Rubl | Türk Lirəsi | Yen | Yuan | İran Realı |
109.25 | 104.04 | 94.73 | 126.44 | 95.56 | 112.65 | 103.38 | 92.31 |
18 fevral-18 noyabr aralığında xarici valyutaların milli valyuta qarşısında məzənnlərinin dinamikası ilə aşağıdakı qrafikdən tanış ola bilərsiniz:
Xarici valyutanın alış-satış qiymətləri ilə və limitlərlə hər gün tanış olmaq istəyirsinizsə, BBN.az saytının FACEBOOK səhifəsini bəyənməyiniz və ya redaktor@bbn.az ünvanına “məzənnə” yazmağınız kifayətdir.