Gazprom Yaponiya ilə əməkdaşlıq üçün yeni layihələr və istiqamətlər axtarışındadır. Bu haqda şirkətin icraçı direktoru Aleksey Miller məlumat verib.
“Yaponiya dünyadakı ən böyük enerji bazarlarındandır. Biz Yaponiya şirkətləri ilə əməkdaşlıq üçün çox böyük şanslar görürük”-deyə, o bildirib.
Qeyd edək ki, Gazprom-un nümayəndə heyəti hal-hazırda Limada həyata keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak edir.