Balans hesabındakı gedərək artan xəzinə istiqrazlarının zərərlə üzləşməsinin qarşısını almaq üçün daha çox pul ayıran Yaponiya Mərkəzi Bankı 2012-ci ildən bu yana ilk dəfə zərər etdiyini açıqlayıb.
Bankın açıqlamasına əsasən, ehtiyat fonduna 241,8 milyard yen əlavə etdikdən sonra sentyabr ayında bitən altı aylıq dövr ərzində 200,2 milyard yen zərərlə üzləşib.
Qeyd edək ki, bank ötən ilin analoji dövründə 628,8 milyard yen mənfəət əldə etmişdi.