VTB: “OPEC-in qərarı rubla müsbət təsir edəcək”

VTB Bankın rəhbəri Andrey Kostin OPEC-in qərarının neft qiymətlərinə və rubla müsbət təsir edəcəyini bildirib.

“Bu qərar neftin qiymətini yüksəldəcək. Ümumiyyətlə müsbət təsirlərin olacağına əminəm”-deyə, Kostin bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 486 min barrel, Rusiya 300 min barrel, İraq 210 min barrel, Birləşmiş Ərəb Əmirlikləri 139 min barrel, Kuveyt 131 min barrel, Venezuela 95 min barrel, İran 90 min barrel, Anqola 87 min barrel, Əlcəzair 50 min barrel, Qətər 30 min barrel, Ekvador 26 min barrel, Qabon isə  min barrel günlük neft hasilatını azaldacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır