Azərbaycan İpoteka Fondunun müvəkkil banklar sıyahısına yeni daxil olmuş 11 bank üzrə ipoteka müraciətlərinin qəbuluna gələn həftədən başlana bilər.
Bildiyimiz kimi Azərbaycan İpoteka Fondunun müvəkkil banklarının sayı 8-dən 19-a yüksəlib. Amma hələ ki, sıyahıya yeni daxil olan banklar ipoteka müraciətlərini qəbul etməyə başlamayıblar.
Azərbaycan Banklar Assosiasiyasının “İpoteka proqramının inkişafı üzrə” Ekspert Qrupunu üzvlərindən BBN.az-a daxil olan məlumata əsasən, bu proses həmin banklarda sənədlərin hazırlanıb Fonda təqdimindən sonra başlayacaq ki, bu da təxminən 1 həftə vaxt tələb edir.
Banklara ayrılan limitlər isə hələ ki, məlum deyil.