FES/Bullard: “Dekabrda faiz artımı ehtimalı yüksəkdir”

FES-in əyalət rəhbəri James Bullard dekabrda faiz artımının mümkün olduğunu deyib.

Arizonadakı çıxışında Bullard: “Aydın bir şəkildə birjalar hərəkətə keçməyimizi gözləyir. Bu barədə qərarımı iclasa qədər gizli saxlayacam. Ancaq faiz artımı mümkün ehtimal kimi görünür”-deyə bildirib.

O, eyni zamanda iqtisadi mənzərənin çox dəyişmədiyini, 2017-ci il üçün isə 2%-lik artım, aşağı səviyyəli işsizlik və 2%-lik inflyasiya gözlədiklərini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır