Capital Economics inkişaf etməkdə olan ölkələr üçün 2017-ci il hesabatını açıqlayıb

Capital Economics inkişaf etməkdə olan ölkələr üçün 2017-ci il üzrə proqnoz hesabatını açıqlayıb.

Hesabatda ABŞ dollarındakı yüksəlmənin inkişaf etməkdə olan bazarlar üçün ümumi mənada ciddi problemə yol açmayacağı bildirilib. Bunun səbəbi dollar üzrə borclanmanın ötən dövrlərə nisbətən olduqca az olmasıdır.

Braziliyida siyasi gərginliklərin maliyyə tarazlığı ilə bağlı gərginlikləri artıracağı, Argentinada isə, seçimlərin islahatları yavaşladacığı bildirilib.

Çin, Meksika, Türkiyə iqtisadiyyatlarının zəifləyəcəyi, Braziliya və Rusiyanın gələcək rüblərdə böhrandan çıxacağı, Afrika və Körfəz ölkələrində isə zəifləmənin daha da dərinləşəcəyi proqnozu verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır