“Principal Global Investors”un açıqlamasına əsasən, dolların yen qarşısındakı 20 ildən bu yana qeydə alınan ən güclü yüksəlişi davam edəcək. Bunun səbəbi kimi Yaponiya Mərkəzi Bankının (BOJ) sentyabr ayında pul siyasətini dəyişdirməsi göstərilir.
30 sentyabr tarixindən indiyə dolların yen qarşısındakı 13%-lik artımı BOJ-un dollar alışı həyata keçirdiyi 1995-ci ilin 3-cü rübündən bu yana qeydə alınan ən böyük yüksəlişdir.
Principal Economics-in baş iqtisadçısı Bob Baur BOJ-un istiqrazlar üzrə faiz dərəcəsini 0-da saxlamasının çox mənfi olacağını bildirib.