McDonald’s ABŞ-dan kənarda baş tutan əməliyyatların vergi bazasını Lüksemburqdan Londona daşımaq qərarı alıb.
Məlumata əsasən, dəyişikliyin səbəbi daha uyğun vergi şərtləri deyil, əməliyyatların daha effektiv olmasıdır.
Qeyd edək ki, İngiltərədə hüquqi şəxslərin mənfəət vergisi 20% səviyyəsindədir, 2020-ci ildən etibarən isə 17%-ə endirilməsi planlaşdırılır.