Azərbaycanın qeyri-neft sektoruna investisiyaların 35%-i Avropa İttifaqının payına düşür

İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard ilə görüşüb.

Görüşdə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması planlaşdırılır. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50%-dir. Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunun 35%-i Avropa İttifaqı ölkələrinin payına düşür.

Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də əməkdaşlıq həyata keçirilir. Tvinninq aləti üzrə indiyədək 45 layihə həyata keçirilib ki, bu layihələrin 26-sı artıq başa çatıb, 11 layihə isə icra olunur. Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər, 7 üzv ölkə ilə Strateji Tərəfdaşlıq Bəyannamələri imzalanıb, 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır