İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından (OECD) bildirilib ki, təşkilata üzv ölkələrdə işsizlik səviyyəsi 6,3% dən 6,2%-ə qədər azalıb. Bölgədə gənclər arasında işsizlik səviyyəsi isə 12,8% olaraq qalıb.
Qeyd edək ki, ən yüksək işsizlik səviyyəsi 19,2% ilə İspaniyada qeydə alınıb. Üzv ölkələrdə işsizlərin sayı 38 milyon 789 min nəfərdir ki, ötən ay bu göstərici 39 milyon 428 min nəfər olub.