Nəqliyyat sektorunda 202,6 mln. ton yük daşınmaları qeydə alınıb

Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərə əsasən, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-noyabr aylarında 202,6 milyon ton yük və 1746,5 milyon sərnişin daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,5 faiz azalıb, sərnişin daşınması isə 2,0 faiz artıb. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub.
Yüklərin 63,9 faizi avtomobil, 26,6 faizi boru kəməri, 6,9 faizi dəmir yolu, 2,5 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişinlərin 88,5 faizi avtomobil, 11,3 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır