2016-cı ilin noyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6706 metr qazma işi həyata keçirilmişdir.Bu sahədə görülmüş işlərin hamısı istismara aid olmuşdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-noyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 100363 metr qazma işi görülmüşdür ki, bunun da 97693 metri istismara, 2670 metri isə kəşfiyyata aid olmuşdur.