Azərbaycan-Belarus arasında əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Belarus Respublikasında səfərdə olub.
Səfərin məqsədi Belarusun aidiyyəti qurumları ilə iqtisadi-ticarət əməkdaşlığının, Azərbaycan sahibkarlarının Belarusun biznes dairələri ilə əlaqələrinin genişləndirilməsi məsələlərinin müzakirə edilməsidir.

Səfərin ilk günü – dekabrın 15-də Nazir Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında 30-dan çoxu iqtisadi sahədə olmaqla, ümumilikdə 100-dən artıq sənəd imzalanıb. Azərbaycanda Belarus kapitallı 30, Belarusda isə Azərbaycan sərmayəli 60 şirkət fəaliyyət göstərir.

Dekabrın 16-da Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri çərçivəsində Belarusun Ticarət-Sənaye Palatasında “Biznes sahəsində Belarus-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri” mövzusunda İşgüzar Görüş keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır