“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti aşağıdakı SATINALMANI elan edir / 2016.12.20
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin kompüter şəbəkəsinin internet şəbəkəsinə çıxışının təminatı üçün provayder xidmətlərinin satın alınması.
Satınalmada iştirak haqqı 50 AZN-dir.
İddiaçılar aşağıda sadalanan sənədləri təqdim etməlidirlər:
– Satınalmada iştirak etmək üçün ərizə;
– İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
– Satınalma təklifi;
– İddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN, bank rekvizitləri və s.);
– Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
– İddiaçının fəaliyyətinin axırıncı maliyyə ilinin vəziyyəti haqqında bank arayışı;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi).
İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.
Xidmətin icra müddəti 3 (üç) ildir. Dəstək xidmətləri 24/7 vaxt rejimində Sifarişçinin inzibati binasında göstəriləcəkdir.