Annuitet nədir?

Annuitet-sığorta hadisəsi baş verdikdə sığortaçının sığorta olunan və ya faydalanan şəxsə sığorta müqaviləsində nəzərdə tutulmuş müvafiq dövriliklə ödəməli olduğu məbləğdir.

Misal olaraq, şəxs həyat sığortası müqaviləsi bağlayır və həmin müqavilə üzrə sığorta hadisəsi kimi onun 70 yaşına çatması və ya bu yaşa çatanadək ölümü göstərilir. Bu müqavilədə sığorta ödənişinin verilməsi ayda 1000 manat olmaqla aylıq annuitet formasında müəyyən edilir. Beləliklə, bu halda sığorta olunan şəxs 70 yaşını qeyd etdikdən sonra ölənədək hər ay sığortaçıdan 1000 manat alacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır