Səudiyyə Ərəbistanı Rusiyanı geridə qoyub

Səudiyyə Ərəbistanı noyabr ayında Rusiyanı geridə qoyaraq Çinin ən böyük neft tədarükçüsü olub.

Çin noyabr ayında Rusiyadan və Səudiyyə Ərəbistanından neft idxalını artırıb.

Noyabr ayından Rusiyadan neft idxalı 17,92% artaraq gündəlik 1,12 milyon barrelə, Səudiyyə Ərəbistanından isə 29,19% artaraq günlük 1,15 milyon barrelə çatıb.

Qeyd edək ki, eyni dövrdə neft İrandan idxalının həcmi 24,48% artaraq günlük 611,338 barrelə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır