Bu kredit təşkilatı 14%-lik dollar istiqrazı buraxıb

“FINOKO” BOKT ASC hər birinin nominal dəyəri 1000 (min) ABŞ dolları olan 610 ədəd istiqraz emissiya edib.

Məlumata əsasən, istiqrazların illik gəlir dərəcəsi 14%, ödəniş dövrünün müddəti isə 90 gündür.

Emissiyanın yerləşdirilməsi üzrə anderrayter rolunu “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır