“Günay Sığorta” şirkəti yeni filial və satış nöqtələri açıb. Bu haqda şirkətin idarə heyətinin sədri Qənbər Suvanverdiyev deyib. Belə ki, ötən həftədən etibarən şirkətin Bakıxanov qəsəbəsində və Şirvan şəhərində yeni satış nöqtələri açılıb. Şamaxıda isə yeni nümayəndəlik fəaliyyətə başlayıb. Şirkət rəhbərinin sözlərinə görə, “Günay Sığorta”satış kanallarını artırmaq istəyir. Ona görə də Bakıda və regionlarda bu istiqamətdə işlər davam edəcək.Mart ayına qədər paytaxtın müxtəlif ərazilərində “Günay Sığorta”nın 4 yeni satış nöqtəsi açılacaq. Yeni satış nöqtələrində avtomobillərin icbari sığortası ilə yanaşı, digər icbari və könüllü sığorta növlərinin də satışı həyata keçiriləcək.
Xatırladaq ki, bununla da “Günay Sığorta”nın nümayəndəliklərinin sayı 9-a, satış nöqtələrinin sayı 2-yə çatıb. Hazırda şirkətin Şamaxı ilə yanaşı, Gəncə, Sumqayıt,Xaçmaz, Şəki,Yevlax, Lənkəran, İsmayıllı və Füzuli rayonlarında nümayəndəlikləri fəaliyyət göstərir.
Mənbə: fins.az