Yeni ipoteka kreditlərinin orta məbləği 57.9 min manat təşkil edir ki, bu da əvvəlki ipoteka kreditləri üzrə orta məbləğdən 10.3% azdır.
BBN.az xəbər verir ki, İpoteka Fondunun xətti ilə daha 25 nəfərə ipoteka krediti verilib. Yeni ipoteka kreditlərinin cəmi məbləğinin həcmi 1.45 mln. manat təşkil edir.
Nəticədə indiyə qədər Fondun xətti ilə verilən ipoteka kredirlərinin həcmi 737.877 mln. manata yüksəlib. Bu dövr ərzində ipoteka kreditindən yararlananların sayı isə 18 111 nəfərdir.