Gələn ay əczaçılıq zavodunun təməli qoyulacaq

2017-ci ilin yanvarında isə Pirallahı Sənaye Parkında İranla birgə əczaçılıq zavodunun təməli qoyulacaq.

Bu haqda dekabrın 27-də Bakı Biznes Mərkəzində  keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasında qeyd edilib.

Həmçinin iclasda qeyd edilib ki, 2016-cı ilin avqust ayında təməli qoyulmuş Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodunun tikintisi davam edir. İranın traktor və avtobus istehsalı zavodlarının da Nefçala Sənaye Zonasında fəaliyyətinin təşkili istiqamətində müzakirələr aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır