Retrosessiya nədir?

Təkrarsığortaçının təkrarsığorta müqaviləsi üzrə qəbul etdiyi riskin başqa bir təkrarsığortaçıda təkrarsığorta etdirdiyi (başqa bir təkrarsığortaçıya ötürdüyü) hissəsi retrosessiya adlanır.

Başqa sözlə desək,  baş verəcəyi təqdirdə sığorta obyekti ilə bağlı itkilərə səbəb ola bilən, ehtimalla gözlənilən hadisə və ya haldır. “A” sığortaçı 5 nömrəli sığorta müqaviləsi üzrə sığortaladığı 300.000 manat məbləğində riskin 250.000 manat hissəsini “B” təkrarsığortaçıda təkrarsığorta etdirir. “B” təkrarsığortaçı da öz növbəsində qəbul etdiyi həmin riskin 100.000 manat hissəsini “C” təkrarsığortaçıda təkrarsığorta etdirir. “B” təkrarsığortaçının qəbul etdiyi risklərin “C” təkrarsığortaçıda təkrarsığorta etdirməsi retrosesessiya adlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır