“Qala Sığorta” ASC-nin İdarə Heyətinin sədri Viladi Maniyev işdən çıxıb.
Məlumata görə, hazırda sədr vəzifəsini “Qala Sığorta”nın sədr müavini olan Fuad Allahverdiyev icra edir.
Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 mln. manatdır. Şirkətin səhmləri 100% “AzRe Təkrarsığorta” ASC-yə məxsusdur.
Mənbə: report.az