ABŞ-ın Kapital Bazarlarına Nəzarət Palatası “Credit Suisse”, “VTB Qrupu”, “BNP Paribas” tərəfindən Mozambik dövlət şirkətinin “orkinos yetişdirmək” üçün ixrac etdiyi 850 milyon dollarlıq istiqrazın satışı üzərində araşdırma aparmağa başlayıb.
“Wall Street Journal”nın xəbərinə görə, ABŞ-ın Palata Mozambik tərəfindən 2013-cü ildə ixrac edilən 850 milyon dollar həcmində istiqrazları satan “Credit Suisse”, “VTB Group” və “BNP Paribas” üçün istintaq aparıb.
Mozambikin oktyabr ayında açıqladığı məlumata görə, borcunun artıq dayanıqlı olmadığını bildirib. BVF-də 2 milyard dollar həcmində gizli kreditin ortaya çıxmasından sonra Mozambikə dəstək göstərməsi sual altında qalıb.
Mozambik Hökuməti 2013-cü ildə 850 milyon dollar həcmində istiqrazı ölkədə “orkinos balığı” istehsalına ayırması planlaşdırılan bir dövlət şirkətini maliyyələşdirməsi üçün ixrac etmiş ancaq daha sonra bu borclanmanı hərbi avadanlıq almaq üçün istifadə netdiyi məlum olub.Palata Mozambikin ixrac etdiyi bu istiqrazları alan insvestorlara bir məktub göndərərək “Credit Suisse, VTB ve BNP Paribas” tərəfindən təqdim edilən sənədləri istəyib.