Avrozonada inflyasiya göstəricisi dekabr ayında 3 ilin ən yüksək səviyyəsinə yüksəlib. Bunun səbəbi kimi enerji, ərzaq, spirtli içki və tütün qiymətlərinin artması göstərilib.
Avrozonanın rəsmi statistika agentliyinin məlumatına əsasən, dekabr ayında illik inflyasiya göstəricisi 1,1% səviyyyəsində müəyyən olunub. Noyabr ayında bu göstərici 0,6% idi.
İnflyasiya artımının gözləniləndən daha böyük olması göstəricinin Avropa Mərkəzi Bankının 2%-dən aşağı müəyyən etdiyi həddə yaxınlaşmasına səbəb olub.
Qeyd edək ki, Avropa Mərkəzi Bankının rəhbəri Mario Draghi 2018-2019-cu ildə inflyasiyanın 2%-lik hədəfə çatacağını təxmin etdiyini demişdi.