Fərdi uçot sistemindəki vətəndaşların sayı 3 milyonu ötüb

Hazırda sistemdə 3 371 908 nəfər fərdi şəxsi hesaba malikdir.

Belə ki, ötən il əlavə olaraq 191 754 nəfərə, o cümlədən ötən ilin dekabr ayında 18 925 nəfərə fərdi şəxsi hesab açılıb. Bununla da fərdi uçot sisteminin əhatə etdiyi vətəndaşların sayı cari ilin 01 yanvar tarixinə 3 371 908 nəfərə çatıb.

Hazırda sistemdə fərdi şəxsi hesaba malik şəxslər arasında 30-40 yaş aralığında olanlar çoxluq təşkil edirlər. Sistemdə qeydiyyata alınmış şəxslərin  25,6 faizi (864 632 nəfər) məhz həmin yaşlarda olanlardan ibarətdir. Həmçinin qeydiyyatda olan sığortaolunanların 20 faizi (674 900 nəfər) 30 yaşa qədər olan, 19,9 faizi (673 431 nəfər) 40-50 yaş aralığında olan, 21 faizi (708 295 nəfər) 50-60 yaş aralığında olan, qalan hissəsi isə 60 yaşdan yuxarı olan vətəndaşlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır