“AFB Bank” ASC-nin Xəzinədarlıq Departamenti ləğv olunub.
Xatırladaq ki, adı çəkilən departamentə yaxın vaxtlara qədər Behnam Qurbanzadə rəhbərlik edib və sonradan öz istəyi ilə işdən çıxıb.
Bu günlərdə “AFB Bank”ı həmçinin Təhlükəsizlik Departamentinin direktoru Azər Bəhramov tərk edib. Bundan başqa, indiyə qədər Bankın Təminat Departamentinin direktoru vəzifəsini icra edən Məmməd Dadaşovu Qəhrəman Abbasov əvəz edib.
Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i “Gilan” MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu “Gilan Holding” MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.
Mənbə: report.az