Neft Fondunun gəlirlərinin formalaşacağı daxilolmalar

Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirlərinin aşağıdakı daxilolmalar hesabına formalaşması nəzərdə tutulur:

  • Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər-7 550 705,3 min manat
  • Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər – 3 465,0 min manat
  • Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər – 16 830,0 min manat
  • Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər – 799 094,6 min manat
  • Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar – 495,0 min manat

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır