Sığorta sektorunda yeni işçiyə tələb yaranıb

Partnyorluq satışları şöbəsinin mütəxəssisi

Əsas vəzifə öhdəlikləri:

  • Ciddi hesabat blanklarının təhvil-təslimi
  • Yeni partnyorların cəlb olunması
  • Sığorta haqqlarının toplanması və təhvili
  • Hesabatların hazırlanması

Namizədə tələblər:

  • Yaş: 22-32
  • Cinsi: Kişi
  • Təhsil: Ali
  • İş təcrübəsi: satış sahəsində, bank və ya sığorta sektorunda iş təcrübəsi olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan (əla) , rus (əla)
  • Kompyuter bilikləri: Excell, word
  • Əlavə bilik və bacarıqlar: Ünsiyyət, inandırmaq bacarığı
  • Üstünlük verilən keyfiyyətlər: Çalışqanlıq

İş şərtləri

  • İş vaxtı: 9:00 – 18:00
  • İş günü:5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı: 550 AZN + rüblük motivasiya
  • Şirkət tərəfindən görüşlər üçün avtomobil təqdim olunur.

Korporativ satış departamentinin mütəxəssisi

Namizədə tələblər

  • Yaş: 22-30
  • Cinsi: kişi və ya qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: Satış sahəsində və ya bank sahəsində olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
  • Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

  • Ünsiyyət qurmaq bacarığı
  • Yüksək nitq mədəniyyəti
  • Yüksək təqdimat bacarığı

Əsas vəzifə öhdəlikləri

  • Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
  • Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 – 18:00
  • İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  • Sabit əmək haqqı

Maraqlananlar öz CV formalarını recruiting@ateshgah.com ünvanına göndərə bilər. Məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır