13 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)hər birinin nominal dəyəri 100 (yüz) manat olan 50 000 (əlli min) ədəd qısamüddətli notlarının buraxılışı 50100353 S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Sözügedən notların tədavül müddəti 28 gündür.