“AİF” ASC-nin ipoteka istiqrazlarının buraxılışı qeydiyyata alınıb

17 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin hər birinin nominal dəyəri 1000 (min) manat olan 10 000 (on min) ədəd faizli, təmin edilmiş istiqrazların buraxılışı AZ2010008681 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınmışdır.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazlar üzrə gəlirlik 3%, tədavül müddəti 3600 gündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır