Goldman Sachs Group Inc.nin baş iqtisadçısı Jan Hatzius Bloomberg TV-yə verdiyi açıqlamasında dollarla bağlı proqnoz verib.
Hatzius güclü dollar gözləyib gözləmədikləri ilə bağlı suala: “Güclü dollar gözləyirik və ilin sonuna qədər dollar avro qarşısında paritet səviyyəsinə çatacaq”-deyə cavab verib.
Jan Hatzius dollardakı güclü meylin ölkələr arasındakı faiz fərqlərindən qaynaqlandığını qeyd edib və FES-in siyasətini normallaşdırdığı təqdirdə Avropa Mərkəzi Bankı və Yaponiya Mərkəzi Bankının yumşaq siyasətini davam etdirməsinin dollar və avro bərabərliyinə (1 dollar = 1 avro) gətirib çıxaracağını vurğulayıb.