Yeni qaz quyusu qazılır

“Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülündən 123 nömrəli quyuda qazma işlərinə başlanılıb.Layihə dərinliyi 6200 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın VIII horizontuna qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 800 000 kubmetr qaz və 150 ton kondensat hasil ediləcək.

Quyuda istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır