“2017-ci ildə Azərbaycanda daha çox qaz, daha az neft hasil olunacaq”

Azərbaycanın energetika naziri Natiq Əliyev “Natural Gas World” jurnalına verdiyi müsahibədə bildirib ki,  2017-ci ildə ölkədə qaz hasilatının artacağı,  neft hasilatının isə azalacağı proqnozlaşdırılır.

Onun sözlərinə görə, ötən il qaz hasilatı azalsa da, 2017-ci ildə 0,8% artacağı və 29,561 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır.

Həmçinin Nazir əlavə edib ki, yanvarın 1-nə yeraltı qaz ehtiyatlarının həcmi 1.167 mlrd. kubmetrə çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır